

Bakıda metrostansiyaya xlor dağılıb.
Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə metronun "Gənclik" stansiyasında baş verib.
Stansiyanının vestibülündə bir sərnişinin əlindən içərisində xlor maddəsi olan şüşə balon düşüb. Maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən, balonun düşdüyü yer təmizlənib.
"Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib", - məlumatda bildirilib.