Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib
Prezident: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Azərbaycan dövlət başçısı: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
25 May 2023 10:39
2 758
“Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təklifləri dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Media Agentliyinin daim diqqətdə saxladığı məsələlərdəndir”.
Bunu Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığının təmin edilməsinin bariz sübutudur: “Media sahəsində islahatların əsas məqsədi media mühitinin sağlamlaşdırılması və keyfiyyətli xəbər istehsalını dəstəklənməkdir”.