Daxili Qoşunların hərbçisi təlimdə silahla ehtiyatsız davranması nəticəsində həlak olub Hadisə

Daxili Qoşunların hərbçisi təlimdə silahla ehtiyatsız davranması nəticəsində həlak olub

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

Bu barədə Trend-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, o, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.