Kefin olsun Nurəddin bəy! Hadisə

Kefin olsun Nurəddin bəy!

Arzu Şirinova

İnsan yaşlaşdıqca müdrikləşər, sözünün çəkisin bilər, necə deyərlər "yüz ölçüb, bir biçər" ki, hamının hörmətini qazanar. Ancaq bu deyimlərin AXCP sədrinin müavini Hurəddin Məmmədliyə deyəsən aidiyyatı yoxdur. Hurəddin bəy axsaqqal vaxtında elə gülməli fikirlər söyləyir ki, bu fikirlər lətifəyə çevrilir, özü isə gülüş hədəfi olur. Əsas mətləbə keçməzdən öncə yüzlərcə faktlardan birini deyib. Şəxsən mən Hurəddin Məmmədlini "Hürriyyət" qəzetində işlədiyim vaxtlardan tanıyıram. Yəni ADP-də Rəsul Quliyevin sözçüsü olduğu dönəmi deyirəm. O zamanlar Hurəddin Məmmədli Rəsul Quliyevin Amerikadan Azərbaycana dönəcəyi ilə bağlı o qədər yalanlar uydurub danışardı ki... Günlərin bir günü də belə bir yalan uydurdu:"Rəsul Quliyevin Azərbaycana dönüşü bu qədər real olmamışdı". Bu açıqlamadan sonra Hurəddin Məmmədliylə çox qısa söhbətim oldu və ondan soruşdum:"Dedikləriniz doğrudurmu?" Hurəddin bəy üzümə baxdı və istehzalı gülüşlə "başqa çərəmmi var?" sualıma sualla cavab verdi. Düzü ona bir insan kimi acıdım və ziyalı bir insanı yalanlar uydurmaq zorunda qoyduğu üçün Rəsul Quliyevi qınadım...
...Vaxt gəldi Hurəddin Məmmədli bu yalanlardan cana doyub ADP-ni də, Rəsul Quliyevi də tərk elədi. Və Əli Kərimlinin yanında yer aldı. Hecə deyərlər "yağışdan çıxıb, yağmura düşdü". Bu dəfə isə yalanlar uydurmağı bir yana, Əli Krimlinin olmayan imicini bəzəmək üçün onun haqqında elə miflər qurayıb təriflər deməyə başladı ki, gəl görəsən...
Bəziləri dedi ki, Hurəddin Məmmədli bunları çarəsizlikdən eləyir. Belə ki, Əli Kərimli Rəsul Quliyevin eks sözçüsünə keçmiş spikerin verdiyindən daha çox para verir. O da bu para müqabilində Əli Kərimlini necə lazımdı tərifləyir. Bəzən bu tərifin dozası o qədər çox olur ki... Lap bu dəfə olduğu kimi...
Hurəddin Məmmədli sosial şəbəkədə Ukraynada baş verən hadisələrlə bağlı bir status yazıb:"Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı". Hurəddin Məmmədlinin statusuna yazılan rəylərə baxın. "Əli Kərimli toyda söz deməyə cangüdənlə çıxır, buradan Ukraynaya məsləhət verir", "Bethoven vaxtında Əli Kərimliyə qulaq assaydı, kar olmazdı", "Mənə məsləhət nöqtəsi verin, Ukraynanı yerindən oynadım", "Hurəddin Məmmədli mənim ən çox izlədiyim-burada bir müddət fikirləşdim, bunun adını nə qoyum, siyasətçi desəm ağzım əyilər, jurnalist deyil, bəs kimdir?"
Hurəddin Məmmədli gülüş doğuran bu statusunun ardınca yazıb:"Həqiqətə söykənən statusumdan isterika keçirməyə ehtiyac yoxdu. Sadəcə olaraq qərəzi bir tərəfə qoyun, mənim də statusumu unudub, dünyanın nə dediyinə baxın. Artıq bütün dünya, o cümlədən prezidentlər Əli bəyin bir neçə gün əvvəl dediklərini təkrar edirlər. Bəlkə Polşanın da prezidenti Əli bəyin müavinidir?"
...Gün gələcək Hurəddin Məmmədli yenə də yalanlarından təngə gəlib Əli Kərimlini tərk edəcək. Mən növbəti ünvan görmürəm, bəs siz necə?