
Papa XIV Leo dünyada sülh çağırışı edib
8 May 23:21
Hazırda iqtisadiyyatda əlavə dəyərin formalaşmasında özəl sektorun payı 83 faizdən çoxdur. Bu gün Azərbaycanda muzdlu işləyənlərin təxminən 50 faizə yaxını özəl sektorda çalışır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmələr zamanı deyib.
O qeyd edib ki, son 5 ildə dövlət sektorunda muzdlu işləyənlərin sayı cəmi 20 min artmışdısa, özəl sektorda bu artım 200 mini keçib.
Komitə sədri əlavə edib ki, rəqabət bazar iqtisadiyyatının mühərrikidir.