Bakıda üzərinə isti su tökülən şəxs ölüb, cinayət işi açılıb Hadisə

Bakıda üzərinə isti su tökülən şəxs ölüb, cinayət işi açılıb

Bakıda üzərinə isti su tökülən şəxs ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.