Daşkənd hava limanı yaxınlığında partlayış baş verib - VİDEO Hadisə

Daşkənd hava limanı yaxınlığında partlayış baş verib - VİDEO

Özbəkistanın paytaxtı Daşkəndin hava limanının gömrük anbarı ərazisində güclü partlayış baş verib.

Trend xəbər verir ki, geniş ərazini alov bürüyüb, yaxınlıqdakı evlərin pəncərələrin şüşəsi sınıb.

Hazırda yanğınsöndürənlər hadisə yerindədilər.

Faktla bağlı araşdırmalara başlanılıb.