Yük maşını dərəyə aşdı - Ölənlər var Hadisə

Yük maşını dərəyə aşdı - Ölənlər var

Şəmkir rayonunun Qapanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi əlumat yayıb.

Qeyd edilib ki, FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.