Rəis Rəsulzadə bu gün xəstəxanadan buraxılacaq Hadisə

Rəis Rəsulzadə bu gün xəstəxanadan buraxılacaq

Rəssam Rəis Rəsulzadə bu gün xəstəxanadan evə buraxılacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 21-də beyindaxili qansızma diaqnozu ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə yerləşdirilən Əməkdar rəssam Rəis Rəsulzadə bu gün evə buraxılacaq.

Onun vəziyyəti stabildir.