Ümumi təhsil müəssisələrində oxuyanların sayı açıqlandı Hadisə

Ümumi təhsil müəssisələrində oxuyanların sayı açıqlandı

Ümumi təhsil müəssisələrində 1 700 000-dən çox şagird təhsil alır.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

“Məktəbəqədər təhsil müəssisələrində 106 212 uşaq təhsil alır. Əsas hədəfimiz məktəbəqədər təhsilin əhatəliliyini 30%dən 50%ə çatdırmaqdır. Məktəbdənkənar təhsil müəssisələrində isə təhsil alanların sayı 121 297 nəfərdir”,- deyə E.Bağırov bildirib.

Xəbər yenilənəcək