Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
23 İyul 2024 16:32
2 450
Daxili İşlər Nazirliyi (DİN) Naftalanda Vətən müharibəsi iştirakçılarının saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, sosial şəbəkələrdə Naftalanda Aşura günü sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin qanunsuz əməlləri ilə bağlı polis əməkdaşları tərəfindən görülmüş tədbirlər yanlış təqdim olunub.
DİN-dən polisin qanun çərçivəsində tədbirlər gördüyü vurğulanıb: “Belə ki, iyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.
Ərazidə xidmət aparan polis əməkdaşları onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E. Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, adları çəkilən vətəndaşların əməlləri ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir, polis əməkdaşları qanunla müəyyən olunan vəzifələri icra edib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir".