Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
27 Noyabr 2024 13:36
3 171
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonu, Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Sözügedən Nazirliyin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə,məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, intensiv yağışlar nəticəsində Dəvəçiçay çayına sel gəlməsi səbəbindən hərəkətdə olan avtomobilin çayda batdığı və vətəndaşın avtomobildə təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə təhlükəli vəziyyətdə qalan 1966-cı il təvəllüdlü Cəfərov İdayət Nemət oğlu xilas edilib.
https://www.youtube.com/watch?v=VjqtyVFbDcU
8 Noyabr 12:55
861
8 Noyabr 12:32
826
8 Noyabr 11:46
819