Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib - MƏTN
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları Vyetnamda milli geyimdə - FOTO
Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq
28 Noyabr 2024 12:37
3 094
Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Eynullayev və Nicat Cavadov saxlanılıblar. Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əskinasları verməyə cəhd etdikləri müəyyən edilib.
Faktla əlaqədar Hacıqabul RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.