Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb Dünya

Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb

Türkiyənin şimalındakı Amasya vilayətində İstanbuldan mərhumun cənazəsini və onu müşayiət edən şəxsləri daşıyan mikroavtobus aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində 31 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qəza Amasya – Göynücək yolunun Oluz rayonundan keçən hissəsində baş verib. İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə mikroavtobus çevrilib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis, jandarma və yanğınsöndürənlər cəlb olunub. Bütün yaralılar şəhər xəstəxanalarına çatdırılıb.

Məryəm Quliyeva