13:54
280
ABŞ Konqresindəki demokratlar İlon Maskın "SpaceX" şirkətinin dövlət sistemlərinin yaradılması üçün büdcə vəsaitlərinin ayrılmasını bloklaya bilərlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu addım Donald Tramp administrasiyası və milyarderin özü Ukraynada "Starshield" hərbi peyk xidmətinin fəaliyyətinin məhdudlaşdırılması barədə əmri məhz kimin verdiyini açıqlamaqdan imtina edəcəyi təqdirdə atılacaq.
Konqresmen Cim Hayms Milli Kəşfiyyatın direktoru Cey Kleytona məxfi məktub göndərərək nasazlığın səbəblərini izah etməyi tələb edib. Bundan əlavə, o, məhdudiyyətlərin şirkət tərəfindən müstəqil şəkildə, yoxsa amerikalı rəsmilərin göstərişi ilə tətbiq olunduğunu aydınlaşdırmaq üçün Maskla şəxsi görüş istəyib.
"Komitəmiz hökumətin tam nəzarət etməyəcəyi dövlət sistemlərinin yaradılmasına vəsait ayıra bilməz", – deyə o, telekanala bildirib.
Məryəm Quliyeva
13:45
546
20 Noyabr 17:01
1 267
20 Noyabr 15:39
1 393