15:03
294
NATO-nun "Boeing E-3F Sentry" uzaq radiolokasiya aşkarlama təyyarəsi sutka ərzində ikinci dəfə hava limanı bağlanan Polşanın Lublin rayonu ərazisinə gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a aviadispetçer xidmətlərindəki mənbə bildirib.
Onun sözlərinə görə, Fransadan gələn təyyarə eniş etmədən Ukrayna və Belarus sərhədi yaxınlığında təxminən 10,3 km hündürlükdə dairəvi trayektoriya üzrə uçuşlara başlayıb. Təyyarənin marşrutu mülki aviasiyanın istifadə etdiyi dəhlizləri əhatə edir.
Daha əvvəl Lublin və Jeşuv hava limanları hərbi aviasiyanın fəaliyyəti səbəbindən uçuşları yenidən dayandırmışdı. Polşanın "PANSA" aeronaviqasiya agentliyinin məlumatına görə, məhdudiyyətlər hərbi aviasiyanın sərbəst fəaliyyətini təmin etmək zərurəti ilə əlaqədar tətbiq edilib.
Məryəm Quliyeva