İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılıb Hadisə

İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılıb

Azərbaycanda itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.