Ermənistan Prezidenti Rusiyaya yeni səfir təyin edib Dünya

Ermənistan Prezidenti Rusiyaya yeni səfir təyin edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Samvel Mkrtçyanın ölkənin Rusiyadakı yeni səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Xalqcebhesi.az xəbər verir ki, fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

"Baş nazirin təklifini əsas götürərək, Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə, həmçinin "Diplomatik xidmət haqqında" qanunun 13-cü maddəsinin 3-cü hissəsinə və 14-cü maddəsinə uyğun olaraq, Samvel Mkrtçyan Ermənistan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Moskva şəhərində olmaqla) təyin edilsin", – deyə fərmanda bildirilir. Ermənistan Prezidentinin digər fərmanı ilə Qurgen Arsenyan respublikanın Rusiya Federasiyasındakı səfiri vəzifəsindən geri çağırılıb.

67 yaşlı Samvel Mkrtçyan bir neçə Avropa ölkəsində səfir vəzifəsində çalışıb və 2004–2010-cu illərdə Ermənistanın NATO-dakı nümayəndəsi olub.

Məryəm Quliyeva