"Caribbean Princess" kruiz laynerində 148 nəfər xəstələnib Dünya

"Caribbean Princess" kruiz laynerində 148 nəfər xəstələnib

"Caribbean Princess" kruiz laynerində Karib dənizi üzrə səyahət zamanı 148 sərnişin və heyət üzvü xəstələnib. Mədə-bağırsaq xəstəliyinin yayılma səbəbi hələlik müəyyən edilməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, xəstəlik 2 936 sərnişindən 134-nə və 1 132 heyət üzvündən 14-nə təsir edib. Mütəxəssislər simptomlar arasında ishal və qusmanı qeyd ediblər.

Gəmi noyabrın 11-də Fort-Loderdeyldən Kolumbiya və Panama kanalına daxil olmaqla Karib dənizi üzrə 12 günlük kruizə yola düşüb. Xəstəlik səyahətin ilk günlərində yayılıb.

"Princess Cruises" şirkəti göyərtədə xəstəlik hallarını təsdiqləyib və bunu yüngül mədə-bağırsaq pozğunluğu adlandırıb. Şirkət nümayəndəsi bildirib ki, xəstəliyin yayılmasına baxmayaraq, layner planlaşdırılmış marşrut üzrə hərəkətini davam etdirir və noyabrın 23-də Floridaya qayıtmalıdır.

Məryəm Quliyeva