15:38
553
Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb, siyahıya 150 fiziki şəxs və şirkət daxil ediləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna məlumat verib.
"22-ci sanksiyalar paketi hazırdır. Bura daha 150 fiziki və hüquqi şəxs daxil edilib", – deyə "Postimees" qəzeti nazirin sözlərindən sitat gətirib.
Tsaxknanın sözlərinə görə, hazırlanmış tədbirlər çərçivəsində "rusiyalı döyüşçülər"in Şengen zonasına girişinə tam qadağa tətbiq ediləcək. Aİ ölkələri 2026-cı ilin sonunda Ukraynaya yardım paketi ilə bağlı ayrıca qərar qəbul edəcəklər.
Məryəm Quliyeva