Polşa ərazisinə iki raket və bir PUA düşüb Gündəm

Polşa ərazisinə iki raket və bir PUA düşüb

Noyabrın 20-si səhər saatlarında iki raket və bir pilotsuz uçuş aparatı (PUA) Polşanın hava məkanına daxil olaraq ölkənin iki şərq voyevodalığının ərazisinə düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Wirtualna Polska" portalı Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, raketlər Alt Karpat voyevodalığının Rudnik-nad-Sanem və Lublin voyevodalığının Novı Lipovets yaşayış məntəqələrinə düşüb. Məlumatda Alt Karpat voyevodalığının Molodıç kəndinə isə dronun düşdüyü qeyd olunur.

Kosinyak-Kamış düşən raketlərin və dronun Rusiya istehsalı olduğunu iddia edib.

Obyektlərin düşməsi nəticəsində xəsarət alan olmayıb, onların qalıqları yaşayış evlərindən uzaqda, kələ-kötür ərazidə aşkar edilib. Hadisə yerləri mühasirəyə alınıb, araşdırma aparmaq üçün əraziyə polis və hərbi prokurorluq əməkdaşları cəlb olunub.

Məryəm Quliyeva