“Demoqrafik azalma narahatlıq doğurur”
26 Yanvar 21:34
26 Yanvar 21:34
26 Yanvar 16:50
27 Yanvar 2025 09:30
2 135
Millət vəkili Elçin Mirzəbəyli yanvar ayının öncədən müəyyənləşdirlimiş və elan edilmiş qrafikinə uyğun olaraq növbəti fərdi vətəndaş qəbulunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın iştirakı ilə rayonun Pirhəsənli kəndində keçirib.
O, müraciət edən hər kəsi ayrı-ayrılıqda dinləyib, müraciətlərini qeydə alıb. E.Mirzəbəyli müraciətlərdə yer alan və yerli
strukturlarla bağlı olmayan şəxsi və ictimai əhəmiyyət kəsb edən məqamları qısa vaxtda sistemləşdirib təhlil etdikdən sonra həlli istiqamətində addımların atılması üçün səlahiyyətləri çərçivəsində müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib.
E.Mirzəbəyli eləcə də qeyd edib ki, rayon səviyyəsində həlli mümkün olan məsələlərlə bağlı Ağsu Rayon İcra Hakimiyyətinin və digər yerli strukturların rəhbərləri hər zaman olduğu kimi həssaslıq nümayiş etdirir və dəstəklərini əsirgəmirlər.
26 Yanvar 21:43
1 078
26 Yanvar 19:46
1 281
26 Yanvar 19:45
966



