Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ötən il Azərbaycan meyvə-tərəvəz ixracından 900 mln. dollardan çox gəlir əldə edib
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
ABŞ təyyarədaşıyan gəmisinin zərbə qrupu Hind Okeanına daxil olub
16:38
581
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində könüllü qanvermə aksiyası təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə keçirilən aksiyada hərbi hissənin şəxsi heyəti iştirak edib. Donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının səyyar tibb briqadası tərəfindən müayinə olunduqdan sonra onlardan qan götürülüb.
Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.
17:09
504
17:08
539
15:46
742

