Respublikaçılar Trampa qarşı impiçment riskindən ehtiyat edir
“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib
İsrail XİN: Azərbaycanla strateji tərəfdaşlığı növbəti mərhələyə daşımaq istəyirik
Dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib
15:32
742
“Kirayə mənzil bazarında qiymət artımı sosial rifah üçün ciddi risklər yaradır”
Bu fikirləri iqtisadçı ekspert Akif Nəsirli Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
Ekspert bildirib ki, hazırda kirayə mənzil qiymətlərinin sürətlə artması bir neçə əsas makroiqtisadi amillə bağlıdır:
“Əhalinin gəlirlərinin artması və şəhərlərə daxili miqrasiya nəticəsində mənzilə tələbin yüksəlməsi kirayə bazarında bahalaşmanın əsas səbəblərindəndir. Eyni zamanda tikinti xərclərinin artması, xüsusilə tikinti materialları və əmək haqlarının bahalaşması yeni mənzillərin bazara daha yüksək qiymətlə çıxmasına səbəb olur. İnflyasiya və milli valyutanın dəyərində baş verən dəyişikliklər daşınmaz əmlakı investisiya aləti kimi daha cəlbedici edir və bu da kirayə qiymətlərinə əlavə təzyiq yaradır.
İpoteka şərtlərinin sərtləşməsi də mühüm faktordur. Bir çox ailələr mənzil almaq imkanını itirdiyi üçün kirayədə qalmağa məcbur olur ki, bu da kirayə mənzillərə olan tələbi daha da artırır.
Bu prosesin davam etməsi əhalinin sosial rifahına ciddi təsir göstərə bilər.
Kirayə xərclərinin gəlirlərə nisbətən sürətlə artması ailə büdcəsində yükü artırır, insanların təhsil, səhiyyə və digər əsas ehtiyaclara ayırdığı vəsaiti azaldır. Aşağı və orta gəlirli təbəqələr üçün keyfiyyətli və təhlükəsiz mənzilə çıxış çətinləşir, sosial bərabərsizlik dərinləşir.
Uzunmüddətli perspektivdə kirayə bazarındakı mövcud vəziyyət sosial narazılığın artmasına, yoxsulluq riskinin yüksəlməsinə və ümumi həyat keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər”.
Günel Elxan
16:34
476
14:21
854
14:18
826