Azərbaycanda terrorçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Hadisə

Azərbaycanda terrorçuluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin cinayət işi üzrə məhkəmə başlayır.

Сinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İş hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin edilib.

Qeyd edək ki, Zeynəddin Hacıyev Cinayət Məcəlləsinin 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddəsi ilə ittiham olunur.