"Qızıl top"a namizədlərin siyahısı - Hamısı "Barselona"dandır İdman

"Qızıl top"a namizədlərin siyahısı - Hamısı "Barselona"dandır

Mövsüm sonunda "Qızıl top" mükafatına sahib olacaq futbolçuların siyahısı bəlli olub.

Xalqcebhesi.az xəbər verir ki, hazırda bu mükafatı udmağa əsas namizədlər "Barselona"nı təmsil edirlər.

Bukmeyker kontorlarına görə, qazanmağa əsas namizəd Rafinyadır, ikinci yerdə Lamin Yamal, üçüncü yerdə isə Pedri qərarlaşıb.

Qeyd edək ki, "Barselona" cari mövsümdə artıq iki kubok qazanıb. La Liqada isə "Real"ın 4 xal önündə liderdir. Katalon klubu Çempionlar Liqasının yarımfinalında bu gün "İnter"lə üz-üzə gələcək.