29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
30 Aprel 2025 12:46
12 061
İranda türk adlarına qarşı təzyiqlər davam edir. Bu dəfə ərdəbilli ana 18 il öncə üzləşdiyi çətinliklərdən danışıb.
Gunaz.tv
Bu barədə Arizə Xudayi Balamın Adı kampaniyasına danışıb.
"18 il əvvəl vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləri oğluma Anar adını qoymağa icazə vermədilər və bizi başqa ad seçməyə məcbur etdilər. Amma yenə də gözüm, ürəyim Anar adını axtarır və nə vaxt bu adı eşitsəm duyğulanıram! Yoldaşım Anar adını çox sevirdi. Biz bu adı tanınmış Azərbaycanlı yazıçı Anarın adından ilhamlanaraq seçmişdik. Uşağımız 2007-ci ildə doğulanda və biz doğum haqqında şəhadətnamə almaq üçün Ərdəbil Vətəndaşlıq Dairəsi İdarəsinə gedəndə məmurlar bu ada sənəd verməkdən imtina etdilər. Bəhanələri belə oldu ki, Anar adı `Annamaq` (anlamaq) kökündən gəlir, ona görə də doğum şəhadətnaməsində bu ad `Annar` kimi yazılmalıdır. Ancaq doğum şəhadətnaməsində iki eyni hərfi yanaşı yazmaq olmazmış. Biz onlara `Məhəmməd` adının da belə olduğunu xatırladanda onlar bu adın istisna olduğunu dedilər."
Sözsüz ki, türk dilində "annamaq" deyə bir yazılış yoxdur, "anlamaq" var. "Anar" adı da bu kökdən, yaxud anan-xatırlayan köklərindən törəmişdir.
Arizə Xudayi söhbətinin davamında oğullarına "Anar" adını seçə bilmədiklərini, "Uxtay" (Oktay) adını seçmək qərarına gəldiklərini bildirdi.
"Sonradan iki dostum övladına Anar adı ilə doğum haqqında şəhadətnamə ala bildilər. Ancaq biz bu haqdan heç bir səbəb olmadan məhrum edildik. 18 il keçməsinə baxmayaraq gözüm və ürəyim Anar adına dikilib. Hələ də bu adı eşidəndə duyğulanıram!"
28 Avqust 10:48
1 610
25 Avqust 11:15
2 772
25 Avqust 11:13
2 653