

Mayın 9-da parad olacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kiyevdən Moskvada keçiriləcək 9 May paradı ilə bağlı təhdidləri şərh edən Kreml sözçüsü Ukrayna lideri Volodimir Zelenskinin təhdid bəyanatlarını uğursuz adlandırıb.
"Zelenski çoxlu fərqli bəyanatlar verir. Onların böyük hissəsi uğursuzdur", - Peskov vurğulayıb.