

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2024-cü ili 3 517 431 manat zərərlə başa vurub.
Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Ötən il qurumun gəlirləri 92 347 186 manat, xərcləri 95 864 617 manat təşkil edib.
Hesabat dövründə Dövlət Xidmətinin qeyri-birja əməliyyatından gəlirləri 80 552 837 manat, birja əməliyyatından gəlirləri 11 793 983 manat, sair əməliyyat gəlirləri 366 manat olub.
Eyni zamanda əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 22 744 784 manat, sərf edilmiş materialların dəyəri 2 053 599 manat, amortizasiya xərcləri 1 844 975 manat, sair əməliyyat xərcləri 69 221 259 manat olub.