

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc və istedadlı pianoçu Səidə Tağızadənin "Piano musiqi axşamı" adlı solo konserti keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, pianoçular Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsertdə Səidə Tağızadə Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri Fikrət Əmirovun "Miniatürlər", Qara Qarayevin "Sonatina", "Eskiz", Vaqif Mustafazadənin "Düşüncə", Fərhad Bədəlbəylinin "Dəniz", Sevda Məmmədlinin "Laçın balladası", Pikə Axunovanın "Salam, Şuşa", həmçinin Frederik Şopenin "Noktürn", Ferens Listin "Tarantella", Sergey Raxmaninovun "Musiqili an", və digər məşhur əsərləri ifa edib.