Vatikan görüşü: Zelenski Trampı inandırdı ki... Dünya

Vatikan görüşü: Zelenski Trampı inandırdı ki...

Ukrayna Prezidenti Vladimir Zelenski Vatikanda ABŞ lideri Donald Trampla 15 dəqiqə danışıb, onu Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmağa və atəşkəs rejimini yenidən prioritet hesab etməyə çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Zelenskinin məsləhətçiləri Oval ofisdəki hadisədən sonra onun təkbətək görüşüb riskə getməsi ilə bağlı fikir ayrılığına düşüb:

“Lakin görüşdən sonra Zelenski hiss edib ki, ilk dəfə Trampın Putinlə bağlı fikrini dəyişməyə nail olub. ABŞ-a qayıdan Tramp Kiyevə edilən kütləvi hava hücumuna cavab olaraq Putinə qarşı təhdid səsləndirib”.

Məlumata görə, Zelenski Papa Fransiskin dəfn mərasimindən əvvəl Trampın pərdə arxasında görüşməyə hazır olduğuna dair siqnallar alıb:

“Əvvəlcədən heç bir şey razılaşdırılmamışdı. Onlar Müqəddəs Pyotr kilsəsində təkbaşına görüşmək üçün yer tapıb. Zelenski Trampa deyib ki, daha çox təzyiq göstərməsə, Putin yerindən tərpənməyəcək. Zelenski həmçinin təkid edib ki, Tramp Ukraynanın qəbul etdiyi, lakin Rusiyanın rədd etdiyi sülh danışıqlarının başlanğıc nöqtəsi kimi qeyd-şərtsiz atəşkəslə bağlı ilkin təklifinə qayıtsın. Tramp deyəsən, bununla razılaşıb”.

Mənbə vurğulayıb ki, Zelenski görüşdə Krımı Rusiya ərazisi kimi tanımayacağını təkrarlayıb, Tramp isə açıq şəkildə ondan bunu tələb etmədiyini bildirib.