Kəlbəcərədə avtomobil çaya aşıb, sürücü xəsarət alıb Hadisə

Kəlbəcərədə avtomobil çaya aşıb, sürücü xəsarət alıb

Kəlbəcərədə minik maşını çaya aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

"Niva " markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü E. Nadirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.