Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb
26 İyun 17:12
26 İyun 17:12
26 İyun 09:00
8 May 2025 08:08
5 376
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman klubunun təşkilatçılığı və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Akademiyanın tələbələri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş futbol çempionatının final oyunu keçirilib.
11 komandanın iştirakı ilə keçirilən yarışın seçim turlarının yekununda final mərhələsinə vəsiqə qazanmış “Los galacticos” komandası 6-3 hesabı ilə qələbə qazanaraq çempionatın qalibi olub.
Belə ki, yarışda “441” komandası II yerə, “Şirinlər” komandası isə III yerə çıxıblar.
Yarışın sonunda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov idmanın gənc nəslin fiziki və mənəvi inkişafındakı rolundan danışaraq Akademiya tələbələrinin bu cür idman yarışlarında iştirakını yüksək qiymətləndirib.
Sonda qaliblər Akademiyanın rəhbərliyi tərəfindən kubok və medallarla təltif olunublar.
Cavid
26 İyun 16:20
1 050
26 İyun 13:28
1 190
26 İyun 09:01
1 218


