Dövlət Sərhəd Xidməti genişmiqyaslı təlim keçirib Hadisə

Dövlət Sərhəd Xidməti genişmiqyaslı təlim keçirib

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin 11 sent¬yabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azər¬bay¬can Respublikasının dəniz təhlükə¬sizliyi strategiyası"na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mü¬hafizəsi, Xəzər dənizi¬nin Azərbaycan Respublikasına mənsub böl-məsində təhdid¬lərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkan-lardan istifadə et¬məklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanıl¬ması isti¬qa¬mətində zəruri tədbirləri davam etdirməkdə¬dir.
2017-ci il 12-14 avqust tarixlərində "Xəzər dənizinin Azərbaycan Respub-likasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliy¬yatları keçirməklə terror¬çu qrupların zərərsizləş¬dirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması" mövzu¬sun¬da taktiki təlim keçirilb:
"Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Azərbaycan Respub¬likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Ilham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmişdir. Itisürətli və yüksək üzmə qabi-liyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıq¬larla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.
Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə¬tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarı¬şının aparıl¬ması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğuların¬dan atışların keçirilməsi üzrə praktiki vərdiş¬lərin təkmilləş¬diril¬məsi olub.
Üç mər¬hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı¬xarma rayonlarının, plat¬formaların, ixrac boru kəmər¬ləri¬nin mühafizəsi və mü¬dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Çevik Hərəkət Qüvvələrinin gündəlik xidməti şəraitdən fövqəladə şərai¬tə keçirilməsi və birgə axtarış əməliy¬yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru¬pun helikopter vasitəsilə gəmiyə desantlaş¬dırıl¬ması, gəmidə şərti düş-mənin terror-təx¬ribat qrupunun zərərsizləş¬dirilməsi, dayan¬dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax¬ta¬rış vasitələri ilə baxış keçi¬rilməsi, küt¬ləvi qırğın silahlarının kom¬ponentlərinin və narkotik vasi¬tələ¬rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra edilib".
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə¬milərinin, Çevik Hərəkət Qüvvələrinin helikopterlərinin raket kompleks¬ləri və zenit-artilleriya qurğu¬ların¬¬¬dan suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara¬tının və tələblərə tabe olmayan üzmə vasitəsinin, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının aşkarlanması və məhv edil-məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub:
"Təlimdə qarşıya qo¬yulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm inti¬zam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu¬liyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik etmiş, Xəzər də¬nizin¬də dövlət sərhəd¬lərinin etibarlı mü¬hafizəsinin, döyüş hazırlığının daha da yüksəldilmə¬si¬nin, neft-qaz hasilatı və daşınması infrastruk¬turunun təhlü¬kə-siz¬liyi¬nin təmin edilmə¬sinin Dövlət Sərhəd Xidmə¬tinin əsas vəzifələrindən biri olmasını vurğulamış, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş-dirilməsi və şəxsi heyətin peşəkar¬lığının daha da artırılması üzrə tapşırıqlar verib".