Təhsil Nazirliyindən qrant müsabiqəsi Hadisə

Təhsil Nazirliyindən qrant müsabiqəsi

Azərbaycan Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir.
Qurumdan verilən məlumata görə, nazirlik Azərbaycan Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrini və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin mövzuları aşağıdakılardır:
- Müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi;
- Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi;
- Təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması;
- Məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişafı etdirilməsi;
- Keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması;
- İstedadlı uşaqlarla işin təşkili;
- Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi;
- Şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin artırılmasında sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili;
- Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması;
- Məktəblərarası əməkdaşlığın inkişafı.
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin icrasına 2017-ci il sentyabr ayının 20-dən sonra başlanıla bilər.
Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ "Ümumi təhsil müəssisələri" kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamalıdır.