Lənkəranda meşə zolağında yanğın olub Hadisə

Lənkəranda meşə zolağında yanğın olub

Lənkəranda meşə zolağında yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə qeydə alınıb.

Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın tam söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.