İsrail və ABŞ Qəzzadan girovların qaytarılması üçün “alternativ variantları” nəzərdən keçirir Dünya

İsrail və ABŞ Qəzzadan girovların qaytarılması üçün “alternativ variantları” nəzərdən keçirir

İsrail ABŞ-la birlikdə Qəzza zolağında saxlanılan girovların qaytarılması üçün “alternativ variantları” nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bunu yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu yeni mübadilə sazişi üzrə danışıqların gedişini şərh edərkən deyib.

“ABŞ-dan olan müttəfiqlərimizlə birlikdə girovları evlərinə qaytarmaq, HƏMAS-ın [radikal Fələstin hərəkatı] terroruna son qoymaq və İsrail və bütün region üçün davamlı sülhü təmin etmək üçün alternativ variantları nəzərdən keçiririk”, o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Hökumət başçısı əlavə edib ki, danışıqlar prosesində HƏMAS-ın mövqeyini əsas maneə hesab edir.

Məryəm Quliyeva