Ağdamda yanğınlar davam edir Hadisə

Ağdamda yanğınlar davam edir

Ağdam ərazisində qeydə alınan yanğınlardavam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Abdal və Gülablı kəndi istiqamətində açıq ərazilərdə başlayan yanğın meşə zolağına keçib. Yanğının qarşısının alınması istiqamətində əməliyyatlar helikopterlərin də dəstəyi ilə davam etdirilir.

Səhər saatlarında yanğın baş verən ərazilərdə partlayış səsləri eşidilib.