ABŞ və Fransa Suriyaya terrorizmlə mübarizədə kömək edəcək Dünya

ABŞ və Fransa Suriyaya terrorizmlə mübarizədə kömək edəcək

Fransa xarici işlər naziri Jan Noel Barro, ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi elçisi Tom Barrak və Suriya xarici işlər naziri Əsəd-əl-Şeybani arasında görüş keçirilib.

APA xəbər verir ki, tərəflər görüşlə bağlı ortaq bəyanatla çıxış ediblər.

Suriya, ABŞ və Fransa terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirməklə bağlı razılığa gəlib.

Bəyanatda Suriyanın ərazi bütövlüyünə dəstək də ifadə edilib.

Bildirilib ki, Suriya qonşu ölkələr üçün, eləcə də qonşu ölkələr Suriya üçün təhdid olmamalıdır.