SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
24 Sentyabr 2025 18:36
1 981
Sumqayıtda 51 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb.
Sumqayıt şəhərində münaqişə zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.
"Report"un yerli bürosunun məlumatına görə, şəhər sakini, 2010-cu il təvəllüdlü Atakişiyev Rafət İlqar oğlu 1974-cü il təvəllüdlü Yunusov Vüqar Şövkət oğluna bıçaqla xəsarət yetirib.
Hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1974-cü il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Bud-çanaq oynağının açıq yarası diaqnozu təyin edilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Araşdırmalar davam etdirilir.
1 Yanvar 18:33
847
1 Yanvar 18:33
868
1 Yanvar 18:32
854