Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
30 Sentyabr 10:30
1 407
"Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir".
APA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün həmin tarixi bağlar dövlət başçılarımız – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb: "İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar açır".
Əhməd İsmayılov bildirib ki, Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir: “Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır. Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması.
Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir”.
O qeyd edib ki, 2022-ci il 20 iyun tarixində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistanın müvafiq dövlət qurumu arasında Anlaşma Memorandumunun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib.
15 Noyabr 16:55
1 197
14 Noyabr 19:54
1 680
14 Noyabr 19:10
1 820