20 İyun 11:25
20 İyun 10:38
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İran nümayəndə heyəti Trampın təhdidlərinə etiraz olaraq danışıqlar məkanını tərk edib
İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə danışıqları davam etdirir
13 Oktyabr 2025 11:09
1 939
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) donanmanın genişmiqyaslı yenilənməsi və dayanıqlı inkişaf proqramı çərçivəsində cari ildə ikinci yeni “Airbus A320neo” təyyarəsini öz parkına əlavə edib.
“APA-Economics” xəbər verir ki, donanmanın genişlənməsi AZAL-ın regional və qlobal aviasiya bazarındakı mövqelərini möhkəmləndirir, sərnişinlərə isə səyahət planlaşdırarkən daha çox rahatlıq və seçim imkanı yaradır.
“Airbus A320neo” sərnişin rahatlığına yönəlmiş müasir interyer, əl yükü üçün genişləndirilmiş rəflər və erqonomik oturacaqlarla təchiz olunub. Həm biznes, həm də ekonom sinifdə səyahət edən sərnişinlər üçün komfortlu şərait yaradılıb. Təyyarədə əyləncə sistemi və sürətli “Wi-Fi” xidməti mövcuddur. Biznes sinfi sərnişinləri və “AZAL Miles” proqramının müəyyən statuslu üzvləri “Wi-Fi” xidmətindən ödənişsiz yararlana biləcəklər.
Yeni nəsil mühərriklər və təkmilləşdirilmiş aerodinamika sistemi sayəsində “Airbus A320neo” əvvəlki modellərlə müqayisədə yanacaq sərfiyyatını və CO₂ emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, ilk “Airbus A320neo” təyyarəsi AZAL donanmasına 2025-ci ilin sentyabr ayında daxil edilib. Aviaşirkətin inkişaf planına əsasən, 2032-ci ilədək donanma 30-dan çox yeni təyyarə ilə genişləndiriləcək. Bu, AZAL-a regionun ən müasir və enerji baxımından səmərəli təyyarə parklarından birini formalaşdırmağa imkan verəcək.
21 İyun 09:34
1 449
20 İyun 22:02
1 911
20 İyun 20:57
1 771