
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək. Bu barədə "Trend"ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
İkigünlük səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan rəhbərliyi, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Gürcüstan prezidenti sabah Qax rayonunda olacaq və yerli gürcülərlə görüşəcək. G.Marqvelaşvili həmçinin Qəbələ şəhərində olacaq. Gürcüstan nümayəndə heyətinin tərkibinə parlament çoxluğunun üzvləri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili daxildir. Səfər zamanı bir sıra sənədlər imzalanacaq".
Qeyd edək ki, Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri dekabrın sonuna nəzərdə tutulmuşdu. Lakin sonra səfər ertələnmişdi.