15:30
791
Birləşmiş Ştatlara Fars körfəzi regionunun gələcəyində yer yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin ölkədə qeyd olunan Fars körfəzi günü münasibətilə yaydığı yazılı bəyanatda bildirilir.
Mətndə qeyd olunur:
"Fars körfəzi regionunun parlaq gələcəyi Amerikasız bir gələcək olacaq; bu gələcək region ölkələrinin tərəqqi, rifah və çiçəklənmə istəyi ilə dolacaq. Bizim Fars və Oman körfəzləri akvatoriyasındakı qonşularımızla taleyimiz birdir. Minlərlə kilometr məsafədən gəlib işlərimizə tamahkar və bədxahcasına qarışan yadellilərin burada yeri yoxdur, olsa-olsa suyun dibində ola bilər".
Məryəm Quliyeva