Astarada dənizdə itkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB
I Qarabağ müharibəsində itkin düşən şəxslərdən 500-nün qalıqları aşkarlanıb
Naxçıvandakı Xaraba Gilan türbələrinin islam sivilizasiyasına aid olmadığı aşkarlanıb
Dövlət Gömrük Komitəsinin daha 5 əməkdaşı saxlanılıb- YENİLƏNİB
14:46
525
Özəl məhkəmə ekspertizası institutunun tətbiqinə başlanılacaq.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”sında əksini tapıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi, Audiovizual Şura, Medianın İnkişafı Agentliyi 2026-cı ildə özəl məhkəmə ekspertlərinin fəaliyyətə başlaması, özəl məhkəmə ekspertizası institutunun səmərəli fəaliyyəti nəticəsində məhkəmə ekspertizası sahəsində alternativliyin təmin edilməsini təmin etməlidir.
2028─2030-cu illərdə özəl məhkəmə ekspertizası institutunun fəaliyyətinin genişləndirilməsinə dair təkliflər hazırlanacaq. Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi Ali Məhkəmə, Baş Prokurorluq, Vəkillər Kollegiyası ilə birgə özəl məhkəmə ekspertizası institutunun fəaliyyət dairəsinin genişləndirilməsi, bununla da məhkəmə ekspertizası xidmətlərinə əlçatanlığın artması, rəqabətli mühit şəraitində ekspertiza sahəsinin inkişafına nail olunmasını təmin etməlidir.