Cevdet Yılmaz: İran-İsrail-ABŞ savaşı, türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir Dünya

Cevdet Yılmaz: İran-İsrail-ABŞ savaşı, türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir

"Qlobal sistemdə krizlər həlsiz qalıb. İran-İsrail-ABŞ savaşı, türk dünyası da daxil olmaqla, bölgə üçün təhdiddir”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentinin Bakı görüşündə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.

O bildirib ki, davam edən savaş, Hörmüz boğazı başda olmaqla, enerji bazarı üçün təhdid olaraq qalmaqdadır: “Bu bölgəni və iqtisadiyyatı geridönülməz fəlakətə aparacaq. Hər nə olur olsun, İranın bölgə ölkələrini hədəf alması da qəbuledilməzdir. Gözləntimiz tez zamanda müharibəyə son verilməsi və diplomatik həll yoluna qayıdılmasıdır”.