Əli Əsədov: Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır İqtisadiyyat

Əli Əsədov: Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır

Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakı görüşündə bildirib.
“Enerji sahəsində əməkdaşlıq da gündəliyimizin mühüm istiqamətlərindəndir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunmasına etibarlı töhfə verən ölkə kimi tanınır. Ənənəvi enerji resursları sahəsində qazandığımız təcrübə və formalaşdırdığımız infrastruktur bu gün yeni əməkdaşlıq imkanları yaradır. Bu gün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb. Bununla da Azərbaycan boru kəmərləri ilə qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada ilk sırada qərarlaşıb.
Lakin bizim enerji siyasətimiz yalnız karbohidrogen resursları ilə məhdudlaşmır. Azərbaycan hazırda yaşıl enerji gündəliyini fəal şəkildə təşviq edərək bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir. Azərbaycanın, eyni zamanda Özbəkistan və Qazaxıstanın bərpaolunan enerji potensialından faydalanmaqla regionlararası əlaqələrin inkişafı əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Bu baxımdan Qırğızıstanın Avropaya yaşıl enerjinin ixracı üzrə əməkdaşlığa qoşulmaq niyyətini alqışlayırıq” – dey’ Baş nazir qeyd edib.