11:10
679
Bakıda toplantımız ölkələrimiz arasında dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın daha da genişlənməsinə, qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsinə mühüm töhfə verəcək.
Bunu Baş anzir Əli Əsədov Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrinin baş nazirləri və vitse-prezidentlərinin Bakı görüşündə bildirib.
“Ötən ilin sentyabr ayında 1-ci Görüşümüzün yüksək səviyyədə təşkilinə görə qardaş Qırğız Respublikasına və şəxsən Nazirlər Kabinetinin Sədri cənab Adılbek Kasımaliyevə təşəkkürümü bildirirəm. Bişkek görüşü çoxtərəfli əməkdaşlığımızın institusional əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrimizin gücləndirilməsi baxımından çox səmərəli olub. İlk görüşdə formalaşmış müsbət dinamika və işgüzar mühit bu gün Bakıda davam etdirilir. Əminəm ki, bugünkü toplantımız ölkələrimiz arasında dostluğun, qardaşlığın və strateji tərəfdaşlığın daha da genişlənməsinə, qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsinə mühüm töhfə verəcək”, - deyə Baş nazir qeyd edib.