Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
2 Aprel 09:51
2 562
Bayram günləri ərəfəsində xeyirxahlıq, həmrəylik və milli-mənəvi dəyərlərimizin təntənəsi bir daha özünü göstərdi. Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) dəstəyi ilə həyata keçirilən növbəti sosial aksiya çərçivəsində şəhid ailələri, əlillər və cəmiyyətimizin ən həssas təbəqəsinə aid olan ehtiyacı olan insanlar ziyarət olunub.
Bu təşəbbüsün əsas məqsədi təkcə maddi yardım göstərmək deyil, eyni zamanda həmin ailələrə mənəvi dayaq olmaq, onların yanında olduğumuzu hiss etdirmək idi. Ziyarətlər zamanı ailələrlə səmimi söhbətlər aparıldı, onların qayğı və ehtiyacları dinlənildi, bayram sevincini bölüşmək üçün müxtəlif sovqatlar təqdim olundu.
Bu sovqatlar ərzaq məhsulları, gündəlik tələbat vasitələri və digər zəruri yardımlardan ibarət olmaqla yanaşı, həm də diqqət və qayğının bir nümunəsi kimi qiymətləndirildi.
Benilüks Azərbaycanlıları Konqresinin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs bir daha göstərdi ki, harada yaşamağımızdan asılı olmayaraq, milli dəyərlərimizə sadiqliyimiz və sosial məsuliyyət hissimiz dəyişməz olaraq qalır.
Diaspor təşkilatlarımızın bu istiqamətdə gördüyü işlər həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Cavid
25 Sentyabr 17:08
574
25 Sentyabr 13:37
728
25 Sentyabr 12:53
707



