Bakıda 9 maşın toqquşub Hadisə

Bakıda 9 maşın toqquşub

Bakıda zəncirvari yol qəzası baş verib.
Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə Bakı Dairəvi yolunda, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
Hadisə zamanı 10-dək avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qaradağ Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər.
Polisdən bildirilib ki, hadisə zamanı 9 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.